Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, ötən gün saat 13 radələrində 1969-cu il təvəllüdlü Hünbətov Elman Musa oğlu idarə etdiyi "Volkswagen Touareg" markalı minik avtomobili ilə Bərdə rayonu Mustafaağalı kəndində Bərdə-Ağdam avtomobil yolu istiqamətindən kənd mərkəzi istiqamətində hərəkətdə olan zaman yolun kənd mərkəzi istiqamətində hərəkətdə olan piyada 2004-cü il təvəllüdlü Həsənli Baloğlan Əlamdar oğlunu vurub. nəticədə piyada Həsənli Baloğlan Əlamdar oğlu hadisə yerində ölüb.

Faktla bağlı Bərdə RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Murad İbrahimli