Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 600 m² olan ərzaq və müxtəlif təyinatlı malların satışı mağazasının dam örtüyünün taxta atmaları, şüşə-pambıq üzlük 180 m² sahədə və rəflərə yığılan müxtəlif təyinatlı mallar 225 m² sahədə yanıb. Yüksək temperaturdan 15 ədəd soyuducu, 1 ədəd kondisioner və lambirdən ibarət tavan əriyib.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.