Bakıda Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, nəticədə metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

Digər bir yol-nəqliyyat hadisəsi Rəşid Behbudov küçəsi Mərkəzi Bankın qarşısında qeyd alınıb.

Hazırda bu yolda da sıxlıq var. Sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.