Qubada yanğın olub.

FHN-dən "Unikal"a verilən məlumata görə, Quba şəhərində ümumi sahəsi 500 m² olan ikimərtəbəli 11 otaqlı evin 1-ci mərtəbəsinin 1 otağında 1 ədəd yataq dəsti və çarpayı qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.