Xəbər verdiyimiz kimi, Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçuları həlak olub.

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə zamanı sülhməramlı qüvvələrin komandanının hərbi-siyasi işlər üzrə müavini, 1-ci dərəcəli kapitan İvan Kovqan Vasilyeviç də öldürülüb. 

53 yaşlı İvan Kovqanın daimi vəzifəsi Şimal Donanmasının sualtı qüvvələri komandirinin hərbi-siyasi işlər üzrə müavinidir.

Qeyd edək ki, sülhməramlı qüvvələrin yeni komandanı general-mayor Kirill Kulakovdur. 

Ağarza Elçinoğlu