"Bakı sülh müqaviləsi layihəsini İrəvana verib. Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi beş əsas bənddən ibarətdir".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Sky News Arabia" telekanalına müsahibəsində deyib.
"Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi beynəlxalq hüquqla müəyyən edilmiş beş əsas bənddən ibarətdir. Bu sənədin ən mühüm məqamlarından biri iki ölkə arasında qarşılıqlı hörmətdir, hər iki tərəf bu prinsipə sadiqliyini təsdiqləyib", - Elçin Əmirbəyov bildirib.
O qeyd edib ki, saziş layihəsi dövlətlər arasında sərhədlərə hörmətlə yanaşı, iki ölkənin suverenliyi və ərazi bütövlüyünün tanınmasını, həmçinin tərəflərin bir-birinin daxili işlərinə qarışmamasını bəyan edir.
Ağarza Elçinoğlu