"Bu son hadisə (Qarabağda keçirilən antiterror əməliyyatı - red.) Paşinyanla bağlı deyil. Bunun Ermənistan dövləti ilə də əlaqəsi yoxdur. Bu, Ermənistanın talançı komandası ilə bağlı məsələdir".
"Unikal" xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan jurnalistlərin sualına cavabında deyib.
Ərdoğan qeyd edib ki, seçki keçirmək cəhdi həm Paşinyanı, həm də Azərbaycanı ciddi şəkildə narahat edib: "Çünki Azərbaycan bu hadisəyə "hələ də davam edən proses alovlandırılır" kimi baxırdı. Bu arada, qardaşlarımızı şəhid etmək cəhdi hadisəni çox başqa yerə apardı. Xəbərdarlıqlar edildi, amma bütün bu xəbərdarlıqlara baxmayaraq, onlar ərazini tərk etmədilər. Əksinə, prosesi davam etdirdilər. Davam edəndə, Azərbaycan da öz addımını atdı və prosesi çox uzatmadan oradakı əməliyyatlarını başa vurdu".
Türkiyə lideri həmçinin qeyd edib ki, 90-a yaxın vacib nöqtən vurulub: "Milli Müdafiə Nazirimiz Yaşar Gülər iclaslarını keçirdi və bu gün qardaşım İlhamla danışıqlarım oldu. Bu məqamda o, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında etdiyim çıxışa görə mənə təşəkkür etdi. O, "artıq onlar bir daha nəfəs ala bilməyəcəklər. Bu işi bitirdik. Heç bir problem yoxdur" dedi və biz buna son qoyduq".
Ağarza Elçinoğlu