Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Sərhəd Xidmətinin baş direktorunu qəbul edib
23:25 02-04-2013
CƏMİYYƏT
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Sərhəd Xidmətinin baş direktorunu qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlıq və dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı bu əməkdaşlığın ölkələrimizin sərhəd xidmətləri arasında əlaqələrin inkişafına da müsbət təsir edəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafında siyasi və iqtisadi əlaqələrlə yanaşı təhlükəsizlik məsələlərinin də mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Hər bir ölkənin təhlükəsizliyinin təmin olunmasında sərhəd xidmətinin önəmini qeyd edən dövlətimizin başçısı ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Qonaq dost Azərbaycanın son illər əldə etdiyi yüksək nailiyyətlərə sevindiklərini vurğulayıb. Zumeyyim bin Cuveybir Əs-Səvvat ölkələrimizin sərhəd xidmətləri arasında əməkdaşlığın yaxın gələcəkdə inkişaf etdiriləcəyinə və bu sahədə qarşılıqlı əlaqələrin Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Digər Xəbərlər
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36