İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə bu gün axşam saat 20:00 radələrində şəhərin "Kəpənək" dairəsi adlanan ərazisində qeydə alınıb. Rayon sakini Cəfərov Asif Əliağa oğlu idarə etdiyi 10-ND-560 dövlət nömrə nişanlı "VAZ 21010" markalı minik avtomobili ilə hərəkətdə olarkən araba ilə yolu keçən I qrup əlil, 1986-cı il təvəllüdlü Qasımov İlham Kamil oğlunu vurub. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. 
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov