Sentyabrın 22-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Qazax Gənclər Evində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qonaqlardan Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru Əfsun Sucayev, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Ramil Mirzəyev, Vətən müharibəsi iştirakçısı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Sərhədçi İdman Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisi, "Sərhədçi" Peşəkar İdman Klubunun prezidenti, Milli Olimpiya Komitəsinin üzvü Firdovsi Umudov, Azərbaycan Respublikası "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Xəyyam Nəsibov, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev və təşkilatın əməkdaşları, Ərazi təşkilat sədrləri, Partiya veteranları və fəalları, YAP-ın üzvlük vəsiqələri təqdim olunacaq gənclər, ziyalılar, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-iqtisadi Kollecin müəllim-tələbə heyəti, şəhid ailələri, müharibə əlilləri, KİV nümayəndələri iştirak ediblər. 
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanına gələrək memorial önünə tər qərənfillər düzüb, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. 
Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub. 
Daha sonra iştirakçılar Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla anıblar. Ümummilli Liderin adını daşıyan Mərkəz ziyarət olunaraq dahi şəxsiyyətin həyat və fəaliyyətinə bir daha nəzər salınıb. 
Qazax Gənclər Evində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömrünü, misilsiz xidmətlərini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbrin aparıcısı, deputat köməkçisi Akif Əmirov çıxış edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. A.Əmirov ölkə Prezidenti tərəfindən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasını dahi şəxsiyyətin yubileyinə ən böyük töhfə olduğunu söyləyib. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə, o cümlədən Qazax rayonunda silsilə tədbirlərlə qeyd olunduğunu, bu günə kimi rayonda 120-dən çox tədbirin keçirildiyini, bugünkü tədbirin həmin silsilə tədbirlərin davamı olduğunu bildirib. 
Sonra YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru Əfsun  Sucayev, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, YAP Qazax Rayon Təşkilatının təsisçisi Abbas Göyüşov, Partiya fəalı, AYB-nin üzvü, Qaymaqlı kənd Folklor evinin müdiri, şair Kazım Kazımlı, Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin Həsənsu kənd folklor klubunun müdiri Rüfət Axundlu çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında olan misilsiz xidmətlərindən, həyat və fəaliyyətindən geniş söhbət açılıb. Azərbaycan xalqı və dövləti var olduqca Ümummilli Liderin daim qəlblərdə yaşağacağı vurğulanıb. Dahi şəxsiyyətə həsr olunmuş şeirlər səslənib. 
Tədbirdə YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev “Heydər Əliyev İli” çərçivəsində əmək funksiyasını peşəkarlıq səviyyəsində yerinə yetirdiyinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fəmanı təltif olunub. 
YAP Qazax Rayon Təşkilatı tərəfindən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov başda olmaqla, rayonun ictimai-siyasi həyatında fərqlənən fəallardan bir qrupuna Fəxri Fərmanlar təqdim edilib. 
YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.