Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin mənzil-qərargahında göy qurşağı bayraqlarının yerləşdirilməsindən şikayət edərək, onları LGBT bayraqları ilə müqayisə edib.

"Unikal" xəbər verir ki, o, bunu BMT-nin baş katibi Antonio Quterreşlə müzakirə etmək istədiyini bildirib.

“Məni ən çox narahat edən problemlərdən biri BMT Baş Assambleyasına daxil olanda pilləkənlərdə və başqa yerlərdə LGBT rənglərini görməkdir”, - Türkiyə lideri bildirib.

Ərdoğan dünyada LGBT nümayəndələrinin və tərəfdarlarının sayını şübhə altına alıb və onların da buna qarşı çıxanlar qədər hüquqları olduğunu qeyd edib.

Diplomatların sözlərinə görə, Ərdoğan LGBT bayrağını 2015-ci ildə dünya liderləri tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədlərini - aclığın, yoxsulluğun aradan qaldırılması, iqlim dəyişikliyi və bərabərsizliyə qarşı mübarizə, gender bərabərliyinin təşviqi və s.-ni simvolizə edən bayraqlarla qarışdırıb.