Masallıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Yeddioymaq kəndi ərazisində qeydə alınıb. Sakit Rəhimov idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən, piyada 65 yaşlı Xanağa Abdullayevi vurub.

Yaralı dərhal Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, piyada aldığı xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.