"Avropa İttifaqı öz vasitəçilik xidmətlərini Azərbaycan və Ermənistana sırımaqla, ABŞ-la birgə Cənubi Qafqaz regionunda sabitliyi pozur".

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının sülhməramlıları Qarabağda dinc həyatın bərqərar olmasına hər cür töhfə verəcəklər.

“İndi İrəvan və Bakı liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın, onun bərqərar olmasının, etimadın möhkəmləndirilməsinin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti buna hər cür töhfə verəcək”, - deyə Lavrov bildirib.