Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb.
"Unikal" xəbər verir ki, görüş zamanı nazirlər ikitərəfli münasibətlər və son regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Bayramov Qarabağın erməni sakinlərinin reinteqrasiya və qeyri-qanuni erməni birləşmələrinin tərksilahı prosesini Abdullahianın diqqətinə çatdırıb.