"Mançester Yunayted"in hücumçusu Markus Reşford avtomobil qəzasına düşüb.
"Unikal" "The Mirror"a istinadən xəbər verir ki, hadisə İngiltərə Premyer Liqasının 6-cı turunda "Bernli" üzərində qələbədən (1:0) sonra, Mançester təmsilçisinin məşq mərkəzindən qayıtdığı zaman baş verib. 25 yaşlı hücumçu 700 min funt-sterlinq dəyərində olan "Rolls Royce"u idarə edirdi. Futbolçunun hadisədən sarsıldığı, lakin ciddi xəsarət almadığı bildirilir.
Bu mövsüm Reşford bütün turnirlərdə "Mançester Yunayted"in heyətində 6 matçda 1 qol vurub və 2 qolun ötürməsini verib.