"İnter" İtaliya A seriyasında 5-ci tur oyununa çıxıb.

"Unikal" xəbər verir ki, komanda "Empoli"nin qonağı olub və 1:0 hesabı ilə qalib gəlib.

"Empoli" - "İnter" - 0:1

Qol: Dimarko, 51

Bununla da, "İnter" ölkə çempionatında ardıcıl 5-ci qələbəsini qazanıb. Milan klubu 15 xalla (5 oyun) 1-ci pillədə qərarlaşıb. "Milan"  12 xalla (5 oyun) 2-ci, "Leççe" 11 xalla (5 oyun) 3-cüdür.