Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan "Haber Global" xəbər telekanalı bu gün 5 yaşını qeyd edir.

"Unikal" xəbər verir ki, 2018-ci il sentyabrın 24-də yayıma başlayan "Haber Global" fəaliyyətinin ilk günündən etibarən Azərbaycana aid bütün mühüm mövzuları daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq ölkəmizlə bağlı həqiqətləri öz auditoriyasına çatdırır.

Bununla yanaşı, yayımlanan verilişlər tamaşaçıların marağına səbəb olub, telekanal auditoriyasını Türkiyə və Azərbaycanda daha da genişləndirib.  Xüsusilə, Vətən müharibəsində Azərbaycana tam dəstək verən telekanal Türkiyə ilə yanaşı Azərbaycan tamaşaçılarının da rəğbətini qazanıb.

Qeyd edək ki, "Haber Global"ın rəhbəri Məmməd Gülməmmədovdur.