Azərbaycanın tanınmış xanəndəsi, Prezident təqaüdçüsü Pərviz Qasımov “Dubai pro 2023” adlı Böyük Dəbilqə turnirində finala çıxıb.
"Unikal" xəbər verir ki, Pərviz Qasımovun uğurlu təqdimatı nəticəsində, Azərbaycan 49 ölkə arasında 4-cü olub.
Qeyd edək ki, Pərviz Qasımov Azərbaycanın keçmiş Baş naziri Novruz Məmmədovun kürəkənidir. O, Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qaliblərindəndir.