Azərbaycan Premyer Liqasında 7-ci turun oyunları keçirilir.
"Unikal" xəbər verir ki, bu gün “Səbail”lə “Araz-Naxçıvan” da üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Daha öncə “Sumqayıt” – “Turan Tovuz” (0:0), “Zirə” – “Neftçi” (1:1) və “Sabah” – “Kəpəz” matçlarında (2:2) qalib müəyyənləşməyib. Tura sabah keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
7-ci tur
24 sentyabr
“Səbail” – “Araz-Naxçıvan” 1:0
Qol: Pedro Nuno, 45+2-pen.
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov
Bakı. “ASCO Arena”, 19:30.
“Səbail” bu qələbə ilə Azərbaycan Premyer Liqasında tarixi rekorda imza atıb. Belə ki, komanda ardıcıl 4 qələbə qazanmaqla buna nail olub. Premyer Liqada 2017/2018 mövsümündə debüt edən bakılılar bunadək heç vaxt ardıcıl 4 qələbə qazanmamışdılar.
“Səbail” həm də cari mövsümün bütün oyunlarında qol vuran yeganə komandadır. Bakılılar ardıcıl 7 matçda meydanı qolsuz tərk etməməklə klub tarixinin rekorduna imza atıblar. Əvvəlki rekord 3 il öncə qeydə alınıb. 2020/2021 mövsümündə “Səbail” ilk 6 turda qol sevinci yaşayıb.
Paytaxt təmsilçisi ilk 7 turdakı xal və qol sayında da öz rekorduna imza atıb. “Səbail” bu matçlarda 13 xal toplayıb. Paytaxt təmsilçisi 2018/2019 və 2019/2020 mövsümlərində bu qədər oyunda 10 xal yığmağı bacarıb. Komandanın 7 qarşılaşmada 12 qol vurması da klub tarixində yeni rekorddur.