Qubada taxta sexində yanğın olub.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, Quba rayonunun Birinci Nügədi kəndində ümumi sahəsi 1600 m² olan taxta sexinin yanar konstruksiyaları 1000 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.