"Serbiya heç vaxt Kosovonun müstəqilliyini tanımayacaq, istəsəniz hamımızı öldürün. Biz hər zaman danışmağa hazırıq, amma Kosovonun müstəqilliyini əsla!". 

"Unikal" xəbər verir ki, bunu ölkə rəhbəri Aleksandar Vuçiç Serb Milli Təhlükəsizlik Şurasının iclasında deyib. 

O, həmçinin baş verənlərə görə Kosovonun baş naziri Kurti günahlandırıb. 

Qeyd edək ki, Kosovonun şimalındakı silahlı qarşıdurmada üç serb həlak olub,  daha ikisi ağır yaralanıb.  Serb qruplaşmasının Leposaviç sərhəd bölgəsində polis nəzarət məntəqəsinə təşkil etdiyi hücumda isə bir Kosovo polis məmuru həyatını itirib. 

Gülayə Mecid