Fransa çempionu PSJ-nin fransalı hücumçusu Kilian Mbappe Fransa çempionatının 6-cı turunun "Marsel"lə matçında ayağından zədə alıb. 

"Unikal" xəbər verir ki, onu ikinci hissədə dubl edən portuqaliyalı hücumçu Qonsalo Ramuş əvəzləyib.

"Bu, ciddi zədə deyil, lakin ağrılar səbəbindən Mbappenin matçı davam etdirməsi çətin olardı. Onu əvəz etmək daha məqsədəuyğun idi, amma ciddi bir şey yoxdur", - PSJ-nin ispaniyalı baş məşqçisi Luis Enrike deyib. 

Qeyd edək ki, PSJ "Marsel"i 4:0 hesabı ilə məğlub edib.

Ağarza Elçinoğlu