Yevlaxda maşın məktəbli uşağı vurub.

"Unikal"ın məlumatına görə, hadisə Yevlax şəhırində, 7 saylı Orta Məktəbin qarşısında baş verib.

Belə ki, avtomobil yolunu keçmək istəyən 2014-cü il təvəllüdlü Quluzadə Leyla Məsim qızını vuraraq dərhal hadisə yerindən uzaqlaşıb. Çoxsaylı bədən xəsarətləri alan məktəbli qız xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov