İslam dini ilə bağlı yeni təklif
10:18 04-04-2013
CƏMİYYƏT
İslam dini ilə bağlı yeni təklif
Dinin siyasiləşməsi üçün müxalifət hərəkətə keçib
Artıq uzun müddətdir ki, Azərbaycanda müəyyən dini təriqətlər ölkə daxili siyasi proseslərə bir başa təsir etməyə çalışır və bəzi hallarda xoşagəlməyən nəticələr ortaya çıxır. Bunu da qeyd edək ki, bu gün ölkədə İran,Türkiyə və Səüdiyyə Ərəbistanının bir başa təsirində olan dini təriqətlər var və bunların fəaliyyətini bəzi hallarda nəzarətdə saxlamaq mümkün deyil.
Hələ 2 il öncə ölkədə proseslərə ciddi müdaxilə etməyə cəhd edən vəhabi təriqəti idi. Hətta təriqət tərəfdarları o qədər artmışdı ki, daxillərində bir neçə qanada da parçalanmışdılar. Bunlardan biri olan havariclər daha uzağa gedərək terrora əl atmışdı və Əbu-Bəkr məscidində partlayışda törətmişdilər. Amma zamanında onların qarşısı alındı və bu gün demək olar ki, vəhabilər daha çox kölgəyə çəkiliblər. Hazırda isə ciddi aktivlik göstərən quruplar İranın bir başa təsirində olan qüvvələrdir. Elə bu günlərdə Nardaranda keçirilən etiraz aksiyasıda buna misal oldu. Bundan başqa məlum olub ki, son zamanlar əsasən İranda təhsil alıb gələn din adamları xütbələrini tamamı ilə siyasi bəyanatlar üzərində qurublar. Maraqlıdır, bəs bunların qarşısını necə almaq olar? Ekspertlər bildirir ki, hazırda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi bu yöndə hazırlıq işləri görür və məscidlərdə xütbələrin ümumi formaları hazırlanıb. Amma deyəsən buna da etiraz edənlər tapılıb. Belə ki, İçərişəhər "Cümə" məscidinin imam-camaatı, DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlu bəzi Avropa ölkələrində olduğu kimi, dinin rəsmi din elan olunması üçün qanunvericilikdə dəyişikliklər edilməsinin vacibliyini söyləyib. O, islam dininin ölkədə rəsmi din elan olunmasına ehtiyac olduğu fikrini səsləndirib.
Keçmiş millət vəkili Pənah Hüseyn İlqar İbrahimoğlunun mövqeyini bölüşdüyünü söylədi: "Deyəsən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məscidlərə hansı xütbənin oxunması barədə tövsiyələrin əks olunduğu kitab paylanıb. Hacı İlqar da deyib ki, dövlətin xütbə ilə bağlı, ümumiyyətlə, islam dini icmaları arası məsələlərə o zaman qarışmaq hüququ olar ki, islam dini dövlət dini olsun. Yəni, dinlə dövlət ayrı olmasın. O halda məscidlərdə çıxış etməyə dövlətin müdaxiləsi məntiqli görünər və zəruri olar. Ancaq bizim konstitusiyada din dövlətdən ayrıdır. Hacı İlqar dövlət qurumu olaraq dini komitənin islam dini icmalarının dini ibadətlə və dinlə bağlı daxili işlərinə qarışmasını yolverilməz hesab edir. Bu məsələdə prinsipcə hesab edirəm ki, Hacı İlqar tam haqlıdır. Bir halda ki, konstitusiyada din dövlətdən ayrıdır, o halda dövlətin dini icmalarının daxili işlərinə qarışmasını doğru hesab etmirəm. Bu tamamilə qanuna müvafiqdir, burda mübahisəli bir məsələ yoxdur. Hacı Avropa ölkələrində olduğu kimi, Norveçi misal gətirərək deyib ki, islamın da dövlət statusu almasının tərəfdarıyam".
P. Hüseyn mollanın, dini icma rəhbərinin, hansı mövzuda və ya məzmunda çıxış etməsinə dövlət qurumları tərəfindən göstəriş verilməsini dövlətin dindən ayrılması müddəasına zidd olduğunu da qeyd etdi.
Amma ekspertlər bunun tam əksini düşür və bildirilir ki, əslində Hacı İlqarın və Pənah Hüseyinlinin dediyi siyasi bir yanaşmadı və burda başqa maraqlar var. Belə ki, Hacı İlqarın İranla sıx bağlılığı var və dəfələrlə İslam dinini dövlət dini kimi qəbul olunması üçün müxtəlif aksiyalar keçirib. Hətta bir zamanlar rəhbəri olduğu məsciddəndə məhz İranyönlü xütbələr oxuduğuna görə kənarlaşdırılıb. Buda qeyd edilir ki, əslində belə açıqlamalar verməklə müxalif yönlü siyasi qüvvələr dindarları ətraflarına cəlb etməyə çalışırlar. Bunu da qeyd edək ki, artıq İranla bağlılığı olan İslam Partiyası bu yöndə ciddi addımlar atıb və buda məlum olub ki, fəaliyyəti qadağan edilən bu partiya prezident seçkilərində də iştirak edəcək.
Toğrul
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22