Cəlilabad rayonunun Cavadxan küçəsində ağır yol qəzası qeydə alınıb.

"Unikal" report-a istinadən xəbər verir ki, "VAZ 2106" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində rayon sakinləri - 1987-ci il təvəllüdlü Fərrux Məmmədov və 2001-ci il təvəllüdlü Vüsal Abdullayev xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.