Əli Kərimliyə müxalifətdən sərt təpki
10:20 04-04-2013
CƏMİYYƏT
Əli Kərimliyə müxalifətdən sərt təpki
Partiya sədri pozuculuqda ittiham edildi
Son zamanlar gənclərin siyasi proseslərə cəlb edilməsi birmənalı qarşılanmır. Çünki ortada kifayət qədər yaxşı olmayan nümunələr var və bu nümunələr təssüfki bəzi müxalifət partiyalarının sədrləri vasitəsi ilə formalaşıb. Hələ bir müddət öncə AXCP sədri Əli Kərimli bəyanat verərək gəncləri inqilabçılığa, etiraz aksiyaları keçirtməyə səslədi.
Bundan sonra müxtəlif gənclər qrupu bir sıra aksiya keçirtməyə cəhd etdilər və aydın oldu ki, bu aksiyalar heç də adi etiraz deyilmiş. Belə ki, Nida gənclər təşkilatının həbs olunan üzvlərinin də etiraf etdiyi kimi əsgər ölümünə etiraz olaraq təşkil ediləcək aksiyada partlayıcı maddələrdən istifadə etmək planlaşdırılıbmış. Suriyada, Misirdə baş verən proseslərin təkrarını Azərbaycanda yaşatmaq istəyən bu gənclər isə sözsüz ki, müəyyən siyasi simaların təsiri ilə bu addımı atıb. Bu günlərdə isə elə müxalifət düşərgəsindən gənclərə pis nümunə göstərən AXCP sədri Əli Kəırimliyə qarşı sərt etiraz bildirilib. Belə ki, "Vahid Millət" Dövlətçiliyə Dəstək İctimai Birliyi Azərbaycan Gəncliyinə müraciətində AXCP sədri Əli Kərimlinin gənclərə çağırışını qəti şəkildə pisləyib.
"Son vaxtlar ölkəmizdə bərqərar olmuş siyasi və ictimai sabitliyi pozmağa cəhd edən, vətəndaş qarşıdurmasının yaradılmasında maraqlı olan bəzi müxalif niyyətli siyasi təşkilatlar və onların rəhbərləri, o cümlədən AXCP sədri Əli Kərimli Azərbaycan dövlətinin taleyini düşünmədən tutduğu yanlış siyasi yolu davam etdirməkdə israrlı görünür. Özünü ölkə müxalifətinin və bu cəbhədən olan siyasi liderlərdən biri hesab edən Əli Kərimli mövcud beynəlxalq vəziyyətdə Azərbaycanın taleyini düşünmürsə, ona necə siyasətçi deyə bilərik? Belə adam taleyüklü məsələlərdə xalqın yanında və bu haqqa sahiblik iddiasında ola bilməz. Çünki Əli Kərimli bununla da ölkəmizin beynəlxalq imicinə nə qədər ağır zərbə vurmasının fərqində deyil, o, düşmən dəyirmanına su tökmək niyyəti və məqsədi ilə də məhz son günlər Azərbaycan gəncliyi adından sui-istifadə edərək öz şəxsi ambisiyaları, siyasi məqsədləri naminə Azərbaycan gənclərinin bir qismini yanlış yola sürükləməkdədir", Trend-in məlumatına görə, bu barədə müraciətdə qeyd olunub.
Müraciətdə bəyan edilib ki, Əli Kərimlinin və onunla həmrəy və həmfikir olan dırnaqarası siyasətçilərin Azərbaycan gəncliyinin problemi olması görüntüsünü yaradaraq, süni və heç bir sosial əsası olmayan şişirdilmiş şüarlarla bəzi gəncləri paytaxtın daha çox insan sıxlığı olan yerlərində qanunsuz mitinqlərə və ya nümayişlərə təhrik etmələrində məqsədi ölkədə mövcud ictimai-siyasi sabitliyi pozmaqdır. Bu niyyətin ardından isə yeni xəstə ideyalar ortaya atılır: təbii ki, belə qanunsuz aksiyaların iştirakçıları saxlanılmalıdır! Bundan sonra isə beynəlxalq aləmə Azərbaycanda sərbəst toplaşma azadlığının pozulduğunu bəyan etmək üçün yaxşı fürsət yaranır! Belələrinin əsl niyyəti budur! Təbii ki, belə anti-Azərbaycan hərəkətlərindən düşmənlərimiz faydalanır və bununla da Azərbaycanın beynəlxalq imicinə ağır zərbə vurulur.
"Biz "Vahid Millət" Dövlətçiliyə Dəstək İctimai Birliyi, gənclərimizin Əli Kərimli və onunla həmrəy olan bəzi üzdəniraq siyasətçilərin dırnaqarası mübarizə alətinə çevrilmələrinə biganə qala bilmərik, belə anti-dövlət hərəkətlərini qətiyyətlə pisləyirik. "Vahid Millət" Dövlətçiliyə Dəstək İctimai Birliyi Azərbaycan gəncliyini Azərbaycan dövlətçiliyinin inkişafına, torpaqlarımızın azadlığına və bütövluyünə, vətənpərvərlik və milli ruhda böyuməsinə, dövlətimizin dünyada təbliğ olunmasına, bəzi üzdəniraq daxili və xarici siyasi qurumların, təşkilatların qurbanına çevrilməməyə çağırırıq, onları ayıq-sayıq olmağa səsləyirik!" - deyə müraciətdə bildirilib.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22