Estoniya hakimiyyəti Kalininqradın rus adından imtina edərək şəhəri Köniqsberq adlandırmaq niyyətindədir.

"Unikal" xəbər verir ki, bu planlar barədə Estoniyanın ERR dövlət televiziya və radio portalı məlumat yayıb.

Məlumata görə, parlamentin xarici işlər üzrə komissiyası Eston dilinin öyrənilməsi ilə məşğul olan Estoniyanın “Ana Dili Cəmiyyəti” elmi təşkilatına müvafiq təklif göndərib.

Təşəbbüs cəmiyyətin dil komissiyasına təqdim olunub.

Məsələnin növbəti müzakirəsinin oktyabrda baş tutacağı gözlənilir.

Nuranə Abbasova