Samux rayonu Çobanabdallı kəndində yaşayan 6-cı sinif şagirdi Arzu Qədimov iradəsinə görə sosial şəbəkələrdə gündəm olub.

“Unikal” xəbər verir ki, Arzu qoyunların otlamasına nəzarət etməklə yanaşı, dərslərini də oxumağı unutmur. Keçən il Lütfizadə adına Məntiq Olimpiadasında rayon birincisi olan Arzu Baku TV-yə açıqlamasında böyüyərkən polis olmaq istədiyini deyib:

“Qoyunların səsi gələndə dərslərimi həvəslə oxuyuram. Dərslərim olan zaman, həm qoyunlara qulluq edirəm, həm də kitablarımı gətirərək burada oxuyuram. Böyüyəndə polis olmaq istəyirəm”.