"İnsan hüquqlarına hörmət dövlətimizin prioritetlərindəndir"
10:21 04-04-2013
CƏMİYYƏT
"İnsan hüquqlarına hörmət
dövlətimizin prioritetlərindəndir"
"Azərbaycan müstəqillik əldə etdikdən ötən 22 ərzində, xüsusilə, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində çox mühüm işlər görülüb, saysız-hesabsız addımlar atılıb."
Bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova aprelin 3-də mərhum dövlət başçısı Heydər Əliyevin 90 illiyi ilə bağlı Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycanın Özbəkistandakı səfirliyinin və Azərbaycan diasporunun təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev və Azərbaycanın müasir tarixi: Azərbaycan-Özbəkistan münasibətləri" adlı tədbirdə "Heydər Əliyev və insan hüquqları" mövzusunda çıxışı zamanı dilə gətirib.
Qeyd edək ki, Azərbaycan diasporu nümayəndələri və Özbəkistan ictimaiyyəti təmsilçilərinin geniş tərkibdə qatıldığı sözügedən tədbirdə R.Aslanova ilə yanaşı, azərbaycanlı deputatlardan Qənirə Paşayeva, Etibar Hüseynov və Aydın Abbasov da iştirak ediblər.
Komitə sədri çıxışında qeyd edib ki, insan hüquq və azadlıqlarına hörmət, onların dövlət siyasəti və qanunvericilik səviyyəsində təminatı mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.
"Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyir. Heç şübhəsiz ki, hüquqi-demokratik dövlət quruculuğunun da əsas şərtlərindən biri ölkədə insan hüquq və azadlıqlarının təminatı məsələsidir. Azərbaycan dövləti və hakimiyyəti də ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində çoxsaylı işlər görüb, uğurlara imza atıb.
Eyni zamanda, ölkə parlamenti - Milli Məclis tərəfindən də bu yöndə çoxsaylı qanunlar, qərarlar qəbul olunub, beynəlxalq sazişlər ratifikasiya edilib. Demək istəyirəm ki, insan hüquqlarına hörmət, insan hüquq və azadlıqlarının təminatı Azərbaycan dövlətinin başlıca prioritetlərindəndir" - deyə, R.Aslanova sözlərinə əlavə edib.
Onu da qeyd edək ki, tədbirdə həmçinin, millət vəkillərindən Q.Paşayeva və A.Abbasov özbək dilində çıxış ediblər.
Digər Xəbərlər
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00
2024-11-22 14:56:00
2024-11-22 13:04:28
2024-11-22 12:51:54
2024-11-22 12:37:06
2024-11-22 12:34:00