Xəbər verdiyimiz kimi, separatçı rejimin keçmiş "dövlət naziri" Ruben Vardanyan saxlanılaraq Bakıya gətirilib.
"Unikal" xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov onun saxlanması ilə bağı açıqlama verib. Peskov bildirib ki, Vardanyanın saxlanılması barədə Kremldə məlumat yoxdur: "Lakin əgər Vardanyanın Rusiya vətəndaşlığı varsa, o zaman Moskva onun hüquqlarını müdafiə edəcək".
Bundan sonra Vladimir Putinin Vardanyanı Rusiya vətəndaşlığından azad etməsi haqqında 22 dekabr 2022-ci il tarixli qərar mediada yayılıb.
Ağarza Elçinoğlu