Sentyabrın 27-də “Anım Günü” münasibətilə rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Bakıda Hərbi Qənimətlər Parkını ziyarət edib.  

"Unikal" xəbər verir ki, F.Xəlilova müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın mərd oğulları tərəfindən ələ keçirilən qənimətlərlə yaxından tanış olub. Əməkdar incəsənət xadimi Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb.