Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Zəfər parkında olublar.

"Unikal" xəbər verir ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor İlqar Abbasov və Agentliyin digər əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar və xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.