Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və Akademiya rəsmiləri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
"Unikal" xəbər verir ki, parkın girişindəki xatirə daşının önünə gül dəstələri qoyan ASAPES rəsmiləri Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini yad ediblər.