Rusiya Federasiya Şurasının Konstitusiya Komitəsinin üzvü Aleksandr Başkin Rusiya vətəndaşlığından imtina edən Ruben Vardanyanın Azərbaycan-Ermənistan sərhədində saxlanılması ilə bağlı açıqlama verib.
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, Başkinin sözlərinə görə, Vardanyan Rusiya vətəndaşlığından imtina etdiyi üçün ona kömək edilməyəcək:
"Vətəndaşlıqdan çıxmaq könüllü seçim idi; müvafiq olaraq, bu addımın bütün hüquqi nəticələri onun seçiminin nəticəsidir. Düşünürəm ki, onun vətəndaşlıqdan könüllü çıxmasının hüquqi nəticələri olacaq. İndi o, vətəndaşlıqdan imtina etdiyi üçün Rusiyadan yardım ala bilmir və ala bilməyəcək”.
O qeyd edib ki, bu vəziyyət “Rusiya vətəndaşlığının əhəmiyyətinə şübhə edənlər” üçün yaxşı nümunə ola bilər.
Nuranə Abbasova