Dağıstanda atışma zamanı biri polis olmaqla iki nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, hadisəni törədən şəxs 26 yaşlı Baqaudin Hüseynhacıyevdir. Ehtimal olunur ki, hadisəni törədərkən qardaşı da onunla olub.

Hüseynhacıyev boz rəngli “Lada Vesta” markalı avtomobillə cinayət yerindən qaçıb.

Qeyd edək ki, ölən polis əməkdaşı Levaşi Polis Bölməsinin maddi-texniki təminat şöbəsinin rəisidir. 

Nuranə Abbasova