Ermənistanda siyasi fəal saxlanılıb.

"Unikal" xəbər verir ki, Ermənistanda qərbyönlü “Milli Demokratik Qütb” siyasi blokunun nümayəndəsi, siyasi fəal Muşeq Şuşanyan saxlanılıb. Onun saxlanılmasına səbəb kimi ölkənin Baş naziri Nikol Paşinyana qarşı sui-qəsdə çağırış göstərilib.

Hazırda onun  barəsində cinayət işi başlanıb.