Türkiyəli aktyor Uraz Kayqılaroğlu şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.
"Unikal" xəbər verir ki, aktyor azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ilə haqlarında çıxan eşq iddialarını yalanlayıb.
"Nəsrin mənim ən yaxşı dostumdur. Aramızda eşq yoxdur. Keçmiş həyat yoldaşım Melis də həmçinin dostumdur. Onunla övladımız var. Davamlı olaraq əlaqədəyik. Ailəvi vaxt keçirtmək xoşumuza gedir".