Yevlax sakini ot tayasından yıxılaraq ciddi xəsarətlər alıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Meyvəli kəndində fərdi təsərrüfatlardan birində baş verib. Belə ki, 51 yaşlı İlqar Mamedov ot tayasında iş görərkən ehtiyatsızlıq edib və yıxılıb. Müxtəlif bədən xəsarətləri alan kənd sakini xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində yaralının həyatı təhlükəsi aradan qaldırılıb. 
Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov