"Ermənistan yaxın gələcəkdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxdığını elan edə bilər".
"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.
Onun sözlərinə görə, böyük ehtimalla respublikada Rusiya telekanallarının bağlanması ilə bağlı qərar veriləcək.
O, ötən il Ermənistana girişinə qadağa qoyulduğunu da xatırladıb. Zatulin bu təşəbbüsləri regionda Rusiyanın təsirinə qarşı mübarizə ilə əlaqələndirib.
Bundan başqa, yaxın gələcəkdə Ermənistanın KTMT-dən çıxmasına cəhd ediləcək və Gümrüdə Rusiya hərbi bazasının olması məsələsi qaldırılacaq”, - Zatulin bildirib.