Bolqarıstan oktyabrın 2-dən Rusiyada qeydiyyatda olan avtomobillərin ölkəyə girişinə qadağa tətbiq edəcək. 

"Unikal" xəbər verir ki,  bu barədə Bolqarıstan sərhəd polisinin rəhbəri Anton Zlatanov yerli KİV-ə açıqlamasında deyib.  

"Əminəm ki, günün sonuna qədər Bolqarıstanda rus avtomobillərinin ölkəyə girişinə qadağa qüvvəyə minəcək",- o, deyib.

Giriş qadağası minik və yük maşınlarına da şamil edilir.  

Qeyd edək ki,  Estoniya və Latviyada Rusiya nömrəli maşınların girişini qadağan edib. 

Gülayə Mecid