Azərbaycan “Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə On Birinci Əlavə Protokol” və “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə Üçüncü Əlavə Protokol”a qoşulacaq. 

"Unikal" xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında  “Ümumdünya Poçt Konvensiyası”na və “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu”na və “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokolu”na qoşulmaq barədə qanun layihələri də müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.