Son vaxtlar Azərbaycanın regionda sülhün və təhlükəsizliyin təmin olunması, əməkdaşlığın inkişaf etdirilməsi üçün təşəbbüslərlə çıxış etdiyi, real addımlar atdığı bir vaxtda bəzi dövlətlər Ermənistanı silahlandırmağa yeni təqribatlara əl atmağa çağırışlar edir. 

"Unikal" xəbər verir ki, belə bir çağırışla ABŞ konqresmeni Bred Şerman özünün "X" sosial platformasında paylaşım edib. O, bu paylaşımında Ermənistanın silahlandırılmasının vacibliyini bəyan edib.

"Ermənistanı indi müvafiq müdafiə silahları ilə silahlandırmaq lazımdır", - o, "X"-dəki mikrobloqunda yazıb.