Şimali Dakota ştatının senatoru Duq Larsen, həyat yoldaşı və iki uşağı Yuta ştatındakı təyyarə qəzasında həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" yazıb. 

“Senator Duq Larsen, arvadı Emi və iki uşağı dünən gecə Yuta ştatında təyyarə qəzasında həlak olublar”, – deyə məlumatda qeyd olunur. 

***22:29

ABŞ-ın Yuta ştatında təyyarə havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, qəza nəticəsində 4 nəfər həlak olub.

Grand County Şerif Ofisindən verilən açıqlamada, təyyarənin ötən axşam Yuta ştatının Moab şəhərinin təxminən 24 kilometr şimalındakı Kanyonlend hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğradığı açıqlanıb.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının X sosial media platformasında verdiyi açıqlamada Piper PA-28-140 tipli tək mühərrikli təyyarənin qəzaya uğramasının araşdırıldığı bildirilib.