Xəbər verdiyimiz kimi, Məmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rais Rəsulzadə ötən ayın sonunda insult keçirib. 

Kliniki Tibbi Mərkəzdən “Unikal”a verilən məlumata görə, 10 günə yaxın bir müddətdir xəstəxanada müalicə olunan Rais Rəsulzadə sabah evə buraxılacaq. 

“Rəis Rəsulov kimi sistemə düşmüş Rais Rəsulzadə KTM-də müalicə olunub. 10 günə yaxın bir müddətdə tibb personalı lazım olan bütün dəstəyi göstərib. Hazırda vəziyyəti də yaxşıdır”, - deyə məlumatda bildirilib. 

Nuranə Abbasova