Ermənistandan ermənilərin yarısı qaçmaq istəyir
Ermənistandan ermənilərin yarısı qaçmaq istəyir

Artıq prosesin qarşısını almaq mümkün deyil

Artıq Ermənistan rəhbərliyinin də etiraf etdiyi kimi Ermənistan yeni problemlə üz-üzə qalıb. Belə ki, bu ölkənin sakinləri ilk fürsətdə ölkəni tərk etməyə çalışırlar. Bunun nəticəsidir ki, artıq bir neçə ildir ki, Ermənistanı hər il yüz min ailə tərk edir.

Amma bu hələ başlanığıcdır. Sosioloqlar bildirir ki, Ermənistanda köç prosesi daha da dərinləşəcək. Bunun isə bir sıra səbəbləri var. İlk növbədə ona görə ki, bu gün ölkədə sənaye müəssisələri demək olar ki, tam dayanıb, istehsalat minimal həddədir və iş yerlərinin bağlanması sürətlə artır. Belə olan halda ölkə əhalisinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olmağa məcbur olub. Amma ölkədə islahatların aparılmaması səbəbindən demək olar ki, bölgələrdə infrastruktur tamamı ilə dağılıb və artıq bu sahə ilə də məşğul olmaq mümkünsüzdü. Bundan başqa korrupsiya və rüşvətdə ölkə vətəndaşlarını qaçırdan səbəblərdən biridir. Ermənistan mətbuatının da iddialarına görə öncələr Ermənistanda əhali təsərrüfatdan əldə etdikləri məhsulları rahatlıqla ölkənin daxilində və ya xaricində satışa çıxara bilirdilərsə,artıq bu fürsəti də əldən veriblər. Belə ki, hazırkı prezident
Serj Sarksyana yaxınlığı ilə seçilən bir neçə şəxs, o cümlədən doğma qardaşı kənd təsərrüfatı sahəsini tamamı ilə monopoliyaya alıblar. Bu isə yerli sakinlərin yaşam tərzini daha da ağırlaşdırıb. Bu səbəbdən də əhalinin böyük hissəsinin hətta torpaq paylarını da sataraq tam ümidsiz hala düşdükləri və daha çox Gürcüstan və Rusiyaya köçməklə durumlarını qaydaya salmaq istəyirlər. Bu günlərdə beynəlxalq təşkilatların keçirtdiyi sorğuya da baxmaq maraqlı olardı. "Ermənistan əhalisinin yarısı başqa ölkəyə köçmək istəyir". Bu göstərici "Gallup" tədqiqat təşkilatın MDB məkanında 2010-2012-ci illər arasında 15 yaşdan yuxarı respondentlər arasında keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb.
İkinci yerdə Moldova (32%), üçüncü yerdə isə Ukrayna (21%) qərarlaşıb. Azərbaycan bu siyahıda Gürcüstanla 7-8-ci yerləri bölüşdürür (14%). Öz ölkəsini tərk etməyi ən az istəyən isə özbəklərdir (5%).
Respondentlərin 52%-i başqa ölkəyə köçməyin əsas səbəbi kimi öz həyat səviyyəsini qaldırmaq istəyini göstərib, 13%-i uşaqların qayğısız gələcəyi naminə, 10%-i isə daha yaxşı və gəlirli iş tapmaq üçün başqa ölkəyə köçmək istəyir.Azərbaycanlı respondentlərin 8%-i uşaqlarının gələcəyi naminə köçməyə başqa ölkəyə hazır olduğunu bildirib (10-cu yer). Ermənistan 13% göstərici ilə 5-ci yeri tutur. Bu istiqamətdə 1-ci yeri isə türkmənlər tutur (29%).
Çox maraqlıdır ki, Ermənistan rəhbərliyi bir tərəfdən bu köçlərdən ciddi şəkildə narahat olmağa başlayıb, bu biri tərəfdən isə idarəetmədə hər hansı yumşaqlıq etmək niyyətində deyil. Əksinə köçün qarşısını almaq üçün daha çox aqressiv addımlardan istifadə edir. Gəlin iki fakta diqqət yetirək. Birinci fakt, Ermənistanla Azərbaycan sərhədlərində yaşayan erməni sakinlərinin öz yaşayış yerlərini tərk etməmələri üçün ordunun imkanlarından istifadə edilir. Yəni cəbhə bölgəsi sayılan ərazidən bir ailənin köçüb getməsi üçün rəsmi razılıq alınmalıdır. Çünki başqa cür mümkün deyil. Ermənistan rəhbərliyi həm də yeni bir metod tapıb ki, bunu da ikinci fakt kimi diqqətə çəkmək olar. Belə ki, ölkə əhalisinin daha çox Rusiyaya köçməsini görən Ermənistan rəhbərliyi rəsmi Kremillə danışıqlara başlayıblar. Məqsəd isə Ermənistandan gələn miqrantların qeydiyyata düşməsinin çətinləşdirilməsidir. Hesab edilir ki, bu yolla Ermənistandan başlayan köçün qarşısını almaq olar.
Fuad