Dövlət ehtiyatlarının yaradılması və idarəedilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi qaydaları müəyyənləşdirilir.
"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət ehtiyatları haqqında" qanun layihəsində qeyd olunub.
Layihəyə əsasən, dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti, dövlət ehtiyatlarının buraxılması nəticəsində əldə edilmiş vəsait, qanunla qadağan edilməyən digər mənbələrdən əldə edilən vəsait hesabına maliyyələşdirilir.