AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclasda Premyer Liqanın VIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Səbail” – “Sabah” matçında (2:2) hər iki komandadan 4 futbolçu sarı vərəqə aldığına görə klublar ayrı-ayrılıqda 700 manat cərimə ediliblər.
Bundan başqa, görüşün 90+4-cü dəqiqəsində qonaq komandanın müdafiəçisi Boyan Letiç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün ikisi şərti olmaqla 4 oyun cəzalanıb, klubunu isə 3000 manat ziyana salıb.