Səudiyyə Ərəbistanl çempionatında sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

"Unikal" xəbər verir ki, ötən ayın ən yaxşısı adına "Əl Nəssr"in hücumçusu Kriştiano Ronaldo layiq görülüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı hücumçu azarkeşlər arasında keçirilən sorğuda qalib olub.

Qeyd edək ki, Kriştiano Ronaldo ölkə çempionatında sentyabr ayı ərzində meydana çıxdığı 4 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Əlavə edək ki, Ronaldo avqust ayının da ən yaxşı oyunçusu seçilmişdi.