2030-cu ildə futbol üzrə dünya çempionatı üç qitənin altı ölkəsində keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Turnirə İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək, lakin çempionatın ilk üç oyunu Uruqvay, Argentina və Paraqvayda baş tutacaq.
Belə ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) Uruqvay meydanlarında baş tutan ilk dünya çempionatının yüzillik yubileyini qeyd etmək istəyir.
Dünya çempionatının ev sahibləri 2024-cü ildə FİFA Konqresində rəsmən açıqlanacaq.
Nuranə Abbasova