"Adana Demirspor"da çıxış edən Mario Balotelli PSJ-yə mümkün transferi barədə danışıb. 

"Unikal" xəbər verir ki, Balotelli deyib:

 "PSJ mənə təklif göndərsə? Qəbul etmərəm. Mümkün deyil, mən "Marsel" və "Nitsa" üçün oynamışam".

"10 milyon avro təklif etsələr, necə?", sualına Balotelli bu cavabı verib: "Bu halda əlbəttə qəbul edərəm... 10 milyon avroya qardaşımın komandasında da oynayaram".